Azərbaycanda əmək mübahisələrinin həllində məcburi mediasiya institutunun 
01 iyul 2021-ci ildən etibarən tətbiqinə baxmayaraq, bu ictimai münasibətlər qanunla yetərincə 
tənzimlənməmiş və bu səbəbdən mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin 
hüquqi fakt olaraq tanınmasında, sazişdən əmələ 
gələn hüquq və vəzifələrin yerinə yetirilməsində, 
işçi və işəgötürənin hüquq və maraqlarının qorunmasında kifayət qədər problemlər mövcuddur. 
Bu məqalədə əmək mübahisələrinin həllində 
mediasiya institutu və mediasiya prosesində əldə 
olunmuş barışıq sazişinin hüquqi statusu, onun 
perspektivləri, bu sahədə mövcud boşluqların 
aradan qaldırılması üçün qanunvericiliyə dair 
təkliflər irəli sürülür