JURNAL HAQQINDA

JURNAL HAQQINDA


«Qanun» elmi hüquq jurnalı Qanun Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu tərəfindən təsis edilmişdir. Jurnal 8 yanvar 1992-ci ildən etibarən çap olunan dövri elmi nəşrdir.

Jurnalın əsas məqsədi hüquq elminin inkişafı, hüquq və qanunçuluğun təbliği, cəmiyyətin hüquqi maarifləndirilməsi işində elmi platforma kimi yaxından iştirak etməkdir.

Jurnalda tanınmış hüquqşünas alimlərin, doktorant və dissertantların, magistrantların, praktik hüquqşünasların hüququn müxtəlif sahələri üzrə elmi-praktiki məqalələri mütəmadi olaraq dərc edilməkdədir. Məqalələr Azərbaycan, rusingilis dillərində dərc olunur.

Jurnalın redaksiya heyətinə ölkəmizin və Rusiya Federasiyasının tanınmış hüquqşünas alimləri daxildir.

Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydə alınmışdır.
Qeydiyyat şəhadətnaməsi: № 0104-P83-41555

Jurnal, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 16 may 2014-cü il tarixli (protokol № 07-R) qərarı ilə “Hüquq elmləri” üzrə «Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı»na (15-ci bənd) daxil edilmişdir.

Jurnal ayda bir dəfə, hər ayın 20-dən sonra nəşr edilir.

Jurnalda tanınmış hüquqşünas alimlərin, doktorant və dissertantların, magistrantların, praktik hüquqşünasların hüququn müxtəlif sahələri üzrə elmi-praktiki məqalələri mütəmadi olaraq dərc edilməkdədir.

Məqalələr Azərbaycan, rus və ingilis dillərində dərc olunur. Jurnalın redaksiya heyətinə ölkəmizin və Rusiya Federasiyasının tanınmış hüquqşünas alimləri daxildir.