Müasir dövrdə internetin və rəqəmsallaşmanın inkişafı kibertəhlükəsizlik sahəsində yeni təhdidlərin ortaya çıxamasına səbəb 
oldu. Belə ki, bir qrup şəxs bu inkişafın gətirdiyi 
yeniliklərdən öz cinayətkar niyyətlərini həyata 
keçirmək üçün istifadə etməyə başladı. Artan 
təhdidlər qarşısında dövlətlərin səlahiyyətli subyektləri kibercinayətkarlıqla davamlı və dayanıqlı mübarizə aparmaq üçün texnologiyanın təqdim etdiyi alət və metodlara müraciət etmək 
zərurəti ilə üzləşmişdir. Bu baxımdan cinayət 
təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və 
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata 
keçirən prokuror üçün sözügedən texnologiyaları və onların necə inkişaf etdiyini başa düşmək 
çox vacibdir. Nəticə etibarilə, hüquq mühafizə 
orqanları və kibertəhlükəsizlik mütəxəssisləri 
kibercinayətkarların inkişaf edən taktika və strategiyalarına qarşı effektiv mübarizə aparmaq 
üçün öz araşdırma üsullarını daim uyğunlaşdırmalı və təkmilləşdirməlidirlər.