İ
mza bir sənədi sübut etmək üçün hazırlanmış hər hansı bir işarə kimi müəyyən edilə
bilər. Bu, əl yazısı ilə olduğu kimi, barmaq izi
ilə də edilə bilər. Bu gün informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə elektron
sənədlərin etibarlılığı artmışdır. Beləliklə, hüquqi müdafiəni təmin etmək və eyni zamanda
e-İmza ilə bağlı araşdırmalar başlanmışdır [9].
Elektron imza ilə bağlı danışdıqda mövzu
barəsində olan əsas anlayışlara diqqət yetirmək
vacibdir. Elektron İmzanın müxtəlif tərifləri verilmişdir. Elektron imza dedikdə başqa məlumatlara
əlavə edilən və ya həmin məlumatlarla məntiqi
baxımdan birbaşa bağlı olan, imzanın sahibi
olan şəxsin identikləşdirilməsinə təminat verən
verilənlər anlaşılır