Hər bir hüquqi dövlətdə və vətəndaş cəmiyyətində insanlar istirahət hüququna 
malikdirlər. Azərbaycan Respublikasının vətəndaşlarının, həmçinin ölkə ərazisində yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 
irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, 
siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı 
olmayaraq istirahət hüquqları tanınır və dövlət 
tərəfindən qorunur. Hər bir insanın istirahət 
hüququna malik olması və bu hüquqlardan istifadə etməsi daxili qanunvericilik aktları ilə 
yanaşı beynəlxalq mənbələrdə də öz əksini tapmışdır.