Abdullazadə Rəhilə Taleh qızı-KOSMİK TƏŞKİLATLAR VƏ PROQRAMLAR ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLIĞIN HÜQUQİ NORMALARI

Azərbaycan Respublikasının coğrafi möv­­­­­­qeyinin spesifikası, ehtiyatların və sosial-iqtisadi obyektlərin yerləşməsi ona gətirib
çıxarır ki, heç bir iri miqyaslı sosial-iqtisadi və ya müdafiə proqramı raket-kosmik texnikasından istifadə etmədən effektiv şəkildə həyata keçirilə bilməz. Azərbaycan Respublikasının on illər

ərzində yaranmış kosmik potensialı milli dəyərə
çevrilmişdir, yerli kosmonavtikanın nailiyyətləri
isə – ölkəmizin qüruruna.
Dünya inkişafının obyektiv gedişi ona gətirib çıxardı ki, kosmik məkan, bir tərəfdən, daim genişlənən beynəlxalq əməkdaşlıq arenasına, digər tərəfdən isə, müxtəlif dövlətlərin milli maraqların toqquşma sahəsinə çevrildi. XXI əsrin astanasında kosmik fəaliyyət inkişaf etmiş ölkələr arasında özünəməxsus prinsiplərə, formalara, üsullara və xüsusiyyətlərə malik gizli və aşkar