Ağamalıyev Ümman İlqar oğlu

hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,

Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının baş müəllimi,

Milli Aviasiya Akademiyasının doktorantı

Ünvan: Bakı ş., Cəfər Cabbarlı küç., 609, Globus Center, 5-ci mərtəbə

E-mail: [email protected]

UOT 34

AVROPA İTTİFAQI, CƏNUBİ KOREYA, QAZAXISTAN RESPUBLİKASI VƏ AZƏRBAYCAN RESPUBLİKASINDA SÜNİ İNTELLEKTİN HÜQUQİTƏNZİMLƏNMƏSİ: NORMATİV VƏ STRATEJİ MODELLƏRİN MÜQAYİSƏLİ TƏHLİLİ

Müasir dövrdə süni intellekt (bundan sonra “Sİ”) texnologiyalarının sürətli inkişafı dövlət idarəçiliyindən tutmuş məhkəmə fəaliyyətinə, səhiyyədən təhsilə, maliyyə xidmətlərindən təhlükəsizlik sistemlərinə qədər, demək olar ki, bütün ictimai münasibətlərə təsir göstərməkdədir. Sİ artıq yalnız texnoloji yenilik və ya iqtisadi səmərəlilik vasitəsi kimi deyil, hüquq sisteminin, dövlət siyasətinin və insan hüquqlarının gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən biri kimi çıxış edir. Bu texnologiyalar böyük həcmdə məlumatların emalı, proqnozlaşdırma, qərar qəbul etməyə dəstək, davranış modellərinin təhlili, resursların optimallaşdırılması və avtomatlaşdırılmış idarəetmə imkanları yaratmaqla dövlət və cəmiyyət üçün yeni imkanlar açır. Eyni zamanda, həmin imkanlar hüquqi məsuliyyət, şəffaflıq, izah edilə bilmə, məlumatların qorunması, ayrı-seçkiliyin qarşısının alınması, insan nəzarətinin saxlanılması və fundamental hüquqların təmin olunması kimi ciddi hüquqi məsələləri də gündəmə gətirir [4; 5; 6; 7].

Yüklə