hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,
Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müəllimi,
Milli Aviasiya Akademiyasının doktorantı
Ünvan: Bakı ş., Cəfər Cabbarlı küç., 609, Globus Center, 5-ci mərtəbə
E-mail: [email protected]
UOT 342
AZƏRBAYCAN RESPUBLİKASINDA RƏQƏMSAL DÖVLƏT TƏHLÜKƏSİZLİYİNİN HÜQUQİ
ƏSASLARI VƏ KİBERSUVERENLİK PRİNSİPİ
Müasir dövlət idarəetməsində təhlükəsizlik anlayışı artıq yalnız sərhədlərin, hərbi infrastrukturun və ya klassik ictimai qaydanın qorunması ilə məhdudlaşmır. Dövlətin real idarəetmə qabiliyyəti getdikcə daha çox onun rəqəmsal infrastrukturlarının dayanıqlılığından, dövlət informasiya ehtiyatlarının bütövlüyündən, kritik informasiya infrastrukturu obyektlərinin fasiləsiz fəaliyyətindən və fərdi məlumatların qanuni mühafizəsindən asılı vəziyyətə düşür. Elektron xidmətlər, elektron sənəd dövriyyəsi, dövlət reyestrləri, dövlət informasiya sistemləri, Hökumət buludu, Elektron Hökumət İnformasiya Sistemi, rəqəmsal identifikasiya və qurumlararası məlumat mübadiləsi dövlət idarəetməsinin texniki yardımçı elementləri olmaqdan çıxaraq onun funksional nüvəsinə çevrilmişdir. Belə şəraitdə dövlətin rəqəmsal mühitdə təhlükəsizliyi təkcə texniki müdafiə tədbirləri deyil, həm dəkonstitusion hüquq, inzibati hüquq, informasiya hüququ və milli təhlükəsizlik hüququ ilə birbaşa bağlı kompleks hüquqi institut kimi nəzərdən keçirilməlidir.