Müasir dövrdə elektron hökumət anlayışının yaranması təxminən XX əsrin 
90-cı illərinə təsadüf edir. Belə ki, İKT-nin sürətli 
inkişafı dövlət idarəetməsi sahəsinə də təsirsiz 
keçməmişdir. İlkin olaraq bu termin ABŞ-də 
1993-cü ildə Ağ Evin internet səhifəsinin yaranması ilə təşəkkül tapmağa başlamışdır. ABŞ 
prezidenti B.Klintonun hakimiyyəti dövründə, 
yəni 2000-ci ildə müasir elektron hökumət anlayışının ilkin forması kimi FirstGov saytı 
istifadəyə verilməyə başlamışdır. Bununla da 
XXI əsrdə müasir elektron hökumətin əsası qoyulmuşdur. Qeyd etmək istərdim ki, ABŞ prezidenti B.Klinton FirstGov (hal-hazırda veb-saytın 
adı usa.gov-dur) saytını belə xarakterizə etmiş-
dir: “Hökumət məlumatlarına gündə 24 saat, 
həftənin yeddi günü və ildə 365 gün daxil olmaq imkanı. Bütün yazılanların məntiqi davamı 
olaraq, ABŞ-də 2002-ci ildə “Elektron hökumət 
haqqında” qanun qəbul olunmuşdur.