Ağamalıyev Ümman İlqar oğlu-AZƏRBAYCAN RESPUBLİKASININ MƏHKƏMƏ SİSTEMİNDƏ SÜNİ İNTELLEKTİN TƏTBİQİ PERSPEKTİVLƏRİ

Azərbaycan Respublikasının məhkəmə
sistemini süni intellektin tətbiqi perspektivindən təhlil etmək üçün ilk növbədə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa nəzər yetirmək

lazımdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü
maddəsində qeyd edilir ki, məhkəmələrdə iş­lərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Həmin Qanunun 19-cu maddəsində isə ədalət mühakiməsini həyata keçirən məhkəmələrin (rayon (şəhər)
məhkəmələri, ağır cinayətlər məhkəmələri, Nax­
çıvan Muxtar Respublikasının ağır cinayətlər
məhkəməsi, hərbi məhkəmələr, inzibati məhkə­
mələr, kommersiya məhkəmələri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının Ali
Məhkəməsi) adları təfsilatı ilə sadalanmışdır [2,
s. 1-3]. Gözlənilən kimi süni intellektin (bundan sonra – Sİ) məhkəmə sistemində yeri qanunvericiliklə müəyyən edilməmişdir