Ağamalıyev Ümman İlqar oğlu-RƏQƏMSAL DÖVLƏT İDARƏETMƏSİ: ELEKTRON SƏNƏDLƏR VƏ SÜBUTLARIN HÜQUQİ ASPEKTLƏRİ

Müasir dövlət idarəetməsinə keçid həm

Azərbaycan Respublikasının, həm
də dünyanın digər ölkələrinin əsas prioritetləri
kimi müəyyən olunmaqdadır. Bəzi dövlətlər bu
prosesə XXI əsrin əvvəllərindən başlasa da, bu
proses hələ də davam etməkdədir.
Müasir dövlət necə idarə olunmalı? Bu suala cavab vermək üçün ilk növbədə Azərbaycan
Respublikası Konstitusiyasının 7-ci maddəsinə
nəzər yetirmək lazımdır. Konstitusiyanın 7-ci
maddəsinin 3-cü hissəsində deyilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil
edilir [1, s. 1]:
- qanunvericilik hakimiyyətini Azərbaycan
Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.