Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin doktorantı
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: [email protected]
ORCID: 0000-0001-9869-8491
MÜASİR ŞƏRAİTDƏ RƏQƏMSALTEXNOLOGİYALARIN HÜQUQİ
TƏNZİMLƏNMƏSİNİN XÜSUSİYYƏTLƏRİ
XXI əsrdə elmi-texniki tərəqqininsürətlənməsi və informasiya kommunikasiya təmiyyətin inkişafının əsas istiqamətlərindən birini təşkil edən rəqəmsallaşma prosesini intensivləşdirmişdir. Rəqəmsal texnologiyaların iqtisadiyyat, dövlət idarəçiliyi, sosial münasibətlər, təhsil, səhiyyə və digər sahələrə sürətlə nüfuz etməsi ictimai münasibətlərin xarakterində əsaslı dəyişikliklərə səbəb olmuşdur. Bu proses yalnız yeni texnoloji imkanların meydana gəlməsi ilə məhdudlaşmır, eyni zamanda hüququn ənənəvi institutlarının, hüquq münasibətlərinin və hüquqi tənzimləmə mexanizmlərinin transformasiyasını şərtləndirir. Bu baxımdan rəqəmsal inqilab həm beynəlxalq, həm də milli hüquq sistemlərinin inkişafına əhəmiyyətli təsir göstərərək hüquqi tənzimləmənin yeni reallıqlara uyğunlaşdırılmasını zəruri edir.