BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 16.10-cu hədəfi fundamental hüquq 
olaraq informasiya əldə etmək hüququnun beynəlxalq sazişlərə və milli qanunvericiliyin tələblərinə müvafiq qaydada təmin olunmasını 
nəzərdə tutur. Bu hüququn təmin edilməsi məlumat azadlığının reallaşmasında mühüm əhəmiyyət kəsb edir. İnsan hüquq və azadlıqlarının 
təminatçısı olan cəmiyyətin mühüm xüsusiyyətlərindən biri də məhz məlumat azadlığıdır.
Cəmiyyətdə baş verən proseslərdən xəbər 
tutmaq vətəndaşların ilkin ehtiyacıdır.