Müasir dövrdə dövlət idarəetməsi sahəsində rəqəmsallaşma prosesinin sürətlənməsi bir çox sahələrdə olduğu kimi gömrük sahəsində də mühüm dəyişikliklərə səbəb
olmuşdur. Bu dəyişikliklər daha çox texnoloji
yeniliklərin tətbiqi, hüquqi mexanizmlərin yenilənməsi və vətəndaşlara göstərilən xidmətlərin
keyfiyyətinin artırılması istiqamətində özünü göstərir. Rəqəmsallaşma gömrük orqanlarının fəaliyyətini daha çevik, şəffaf və səmərəli hala gətirməyə imkan yaratmışdır. Xüsusilə Azərbaycan Respublikası bu istiqamətdə son illərdə ciddi addımlar atmış və elektron gömrük xidmətlərinin tətbiqinə xüsusi önəm vermişdir.Rəqəmsallaşma yalnız texnoloji üstünlük deyil, eyni zamanda hüquqi münasibətləri dəyişdirən
fundamental bir prosesə çevrilmişdir. Xüsusilə
gömrük xidmətlərinin bu prosesə inteqrasiyası həm inzibati fəaliyyətin effektivliyini artırmaqda, həm də hüquqi çərçivənin yenilənməsində
mühüm rol oynayır.
Elektron gömrük xidmətləri dedikdə gömrük prosedurlarının və əməliyyatlarının kağız da-
şıyıcılarda deyil, elektron platformalar vasitəsi
ilə həyata keçirilməsi, məlumatların rəqəmsal formada ötürülməsi və emal edilməsi, gömrük bəyannamələrinin elektron formada təqdim olunması vəcavablandırılması, gömrük ödənişlərinin elektron həyata keçirilməsi kimi fəaliyyətlər
nəzərdə tutulur.
Rəqəmsallaşma nəticəsində gömrük xidmətləri sadələşdirilmiş və şəffaflaşdırılmışdır. Əvvəllər çoxsaylı sənədləşmə və gözləmə prosedurlarını tələb edən gömrük rəsmiləşdirməsi
indi elektron formada və qısa müddətdə həyata
keçirilə bilir.