Müasir dövrdə beynəlxalq ticarətin artması və logistikanın qloballaşması gömrük prosedurlarının, gömrük inzibatçılığının sürətli və effektiv olmasını tələb edir. Beynəlxalq ticarət çərçivəsində gömrük prosedurları
xarici iqtisadi fəaliyyətə cəlb olunmuş malların
gömrük nəzarətinə götürüldüyü dövrdə tətbiq
olunan xüsusi rejim və ya hüquqi prosedurlar
toplusunu ifadə edir. Bu prosedurlar malların ölkəyə gətirilməsindən və ya ölkədən çıxarılmasından əvvəl və sonra onların hansı məqsədlə istifadə olunacağını, necə saxlanılacağını, emal ediləcəyini və ya yenidən ixrac ediləcəyini müəyyən edən hüquqi rejimi formalaşdırır. Həm beynəlxalq hüquqi aktlarda, həm də milli qanunvericilikdə müxtəlif növ gömrük prosedurlarına yer verilmişdir və onların əsas məqsədi malların gömrük rəsmiləşdirilmə prosesini sadələşdirmək, vahid standartlara uyğunlaşdırmaq və daha şəffaf etməkdir. Bu prosedurların tətbiqi, ticarət
proseslərinin effektivliyini artırmaqla yanaşı,
ölkə iqtisadiyyatında sabitliyin təmin olunması-
na da xidmət edir.
Gömrük proseduru anlayışı malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçidi
zamanı tətbiq edilən hüquqi rejimlərin və normativ qaydaların toplusunu əhatə edir.