Allahverdiyev Əlövsət Vilayət oğlu-MÜHARİBƏ CİNAYƏTLƏRİNİN TƏQİB OLUNMASINDA QARIŞIQ VƏ YA BEYNƏLMİLƏLLƏŞDİRİLMİŞ TRİBUNALLARIN ROLU

Məlumdur ki, beynəlxalq cinayətlərin

təqib olunması və təqsirkarların məsuliyyətə cəlb olunması iki formada – milli
məhkəmələr tərəfindən və beynəlxalq cinayət
məhkəmələri tərəfindən həyata keçirilir. Bunlardan hansının daha effektiv olması ilə bağ-
lı həmişə müzakirələr aparılmış və hər ikisinin
qarşılıqlı fəaliyyəti vurğulanmışdır. Xüsusilə
qeyd etməliyik ki, beynəlxalq cinayətlərin bir
növü kimi müharibə cinayətlərinin araşdırılması və təqsirkarların məsuliyyətə cəlb olunması prosesində milli məhkəmələr həmişə çox ciddi problemlərlə üzləşir.