Allahverdiyev Əlövsət Vilayət oğlu-TƏCAVÜZ MÜHARİBƏ CİNAYƏTLƏRİNİN ƏSASI KİMİ

Müharibə cinayətləri ilə təcavüz cinayəti
beynəlxalq cinayətlərin növləri olaraq, müxtəlif zamanlarda tədqiq olunmuş və onların tərkib elementləri ayrılıqda təhlil olunmuşdur. Beynəlxalq cinayətlərin hər iki növü beynəlxalq sülh və təhlükəsizliyi daim təhdid altında saxladığı üçün hər zaman öz aktuallıqları qoruyub

saxlaya bilmişlər. Müasir dövrdə təcavüz və
müharibə cinayətlərinə qarşı beynəlxalq mübarizə güclənsə də, təəssüf ki, onlar daha geniş səviyyədə inkişaf edir və bəşəriyyəti ciddi təhlükələrlə üz-üzə qoyur