Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının
“İnzibati hüquq, maliyyə hüququ, informasiya hüququ” ixtisaslaşması üzrə doktorantı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi
Ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 20/67, mənzil 10
E-mail: [email protected]
UOT 347.2
MÜLKİYYƏT VƏ DİGƏR ƏŞYA HÜQUQLARININ DAŞINMAZ ƏMLAKIN
DÖVLƏT REYESTRİNDƏ QEYDİYYATA ALINMASININ ƏHƏMİYYƏTİ
Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının hüquqi baxımdan
tanınması, onların məzmununun müəyyənləşdirilməsi və müdafiəsinin təmin edilməsi
müasir mülki hüquq sisteminin mühüm istiqamətlərindən biridir. Daşınmaz əmlakın yüksək iqtisadi dəyərə malik olması, uzunmüddətli hüquqi münasibətlərin obyekti kimi çıxış etməsi və alqı-satqı, bağışlama, ipoteka, vərəsəlik, icarə və digər münasibətlərdə geniş istifadə olunması həmin əmlak üzərində hüquqların hüquqi cəhətdən aydın və etibarlı şəkildə müəyyən edilməsini zəruri edir.