Allahverdizadə Zaur Elbrus oğlu

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının qiyabi doktorantı

E-mail: [email protected]

UOT 343.3

TÜRKİYƏ RESPUBLİKASININ CƏZA

QANUNUNDA RÜŞVƏTXORLUQ CİNAYƏTİ

Dövlətlərin hüquq sahəsində əməkdaşlığı, qanun yaradıcılığı və tətbiqi sahəsində bir-birinin təcrübəsini nəzərə alması zəruridir və bu, qarşılıqlı surətdə zənginləşməyə xidmət edir. Başqa sözlə, hər hansı bir hüquq institutu müqayisəli kontekstdə öyrənildikdə, onun ayrı-ayrı hüquq sistemlərindəki təzahür və xüsusiyyətləri haqqında daha aydın təsəvvür əldə etmək mümkün olur. N. V. Varlamova qeyd edir ki, müqayisəli hüquqşünaslıq metodu ayrılıqda götürülmüş hüquq institutunun təkcə konkret hüquq sistemi daxilində deyil, eyni zamanda, konkret siyasi, iqtisadi, mədəni və s. şəraitdə necə fəaliyyət göstərməsi barədə biliklər əldə etməyə imkan yaradır. Bu biliklər sonradan milli hüquq sistemi daxilində mövcud institutların təkmilləşdirilməsi, onların başqa – alternativ institutlarla əvəzlənməsi, yaxud ümumiyyətlə yenilərinin yaradılması və tətbiq edilməsi üçün model qismində istifadə edilə bilər [10, s. 193-194].

Yüklə