zərbaycan Respublikasının CinayətProsessual Məcəlləsində cinayət prosesinə – “cinayət təqibi üzrə həyata keçirilən 
prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusu” (7.0.3-cü maddə) kimi 
anlayış verilsə də, hüquq ədəbiyyatında haqlı 
olaraq, qeyd edildiyi kimi, mahiyyət etibarı ilə 
cinayət prosesi – cinayət hadisəsi ilə bağlı ictimai maraqlarla fərdi hüquqlar arasında ədalətli 
tarazlığın təmin olunmasından ibarət fəaliyyətdir 
[10, s. 25].