Axundov Fuad Natiq oğlu

Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının doktorantı

E-mail: [email protected]

Ünvan: Bakı, Akademik, 33 Zahid Xəlilov küçəsi

UOT 343.1.

HAKİMİN XÜSUSİ STATUSU KONTEKSTİNDƏ

ONUN MÜSTƏQİLLİYİ

Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölgüsü prinsipi əsasında təşkil edilməsi konstitusion səviyyədə təsbit edilmiş müddəadır (Konstitusiyanın 7-ci maddəsinin III hissəsi). Bu konstitusion prinsipə əsasən, Milli Məclis qanunvericilik, Prezident icra hakimiyyəti, məhkəmələr isə məhkəmə hakimiyyətini həyata keçirir. Baxılan prinsipin adında bölgü terminindən istifadə edilsə də, bu, hakimiyyətdə pərakəndəlik, hakimiyyətin parçalanması və hakimiyyət qollarının bir-birindən təcrid edilmiş şəkildə fəaliyyət göstərməsi anlamı kəsb etmir. Əksinə, Konstitusiyanın 1-ci maddəsinin I hissəsi və 7-ci maddəsinin IV hissəsi bir arada gözdən keçiriləndə tamamilə aydın olur ki, dövlət hakimiyyəti vahid mənbəyə malikdir və bu mənbə Azərbaycan xalqıdır, hakimiyyət qolları isə öz funksiyalarını bir-biri ilə qarşılıqlı fəaliyyət prinsipi əsasında realizə edirlər.

Yüklə