Axundov Ruslan Natiq oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının

qiyabi doktorantı

E-mail: [email protected]

UOT 349.2:340.113

müdƏMƏK

HÜQUQUNDA MÜDDƏTLƏRİN HESABLANMASI QAYDASI HAQQINDA

MƏSƏLƏYƏ DAİR

15 iyul 1970-ci ildə qəbul edilmiş və 1971-ci il iyulun 1-dən qüvvəyə minmiş SSR İttifaqının və müttəfiq respublikaların əmək qanunvericiliyinin Əsaslarında müddətlərin hesablanması haqqında xüsusi normanın təsbit olunmamasına baxmayaraq, Azərbaycan SSR-in 1971-ci il 10 dekabr tarixli Əmək Qanunları Məcəlləsinin (bundan sonra qısaca olaraq Azərb. SSR ƏQM) 272-ci maddəsi “Bu Məcəllədə nəzərdə tutulan müddətlərin hesablanması”na həsr olunmuşdur. Həmin maddədə deyilirdi ki, əmək hüquq və vəzifələrinin yaranmasının və ya onlara xitam verilməsinin bu Məcəllənin əlaqələndirdiyi müddətlər təqvim vaxtı ilə və ya illər, aylar, həftələr və ya günlər ilə hesablanan dövrün başa çatması ilə müəyyən edilir.

Yüklə