Axundov Ruslan Natiq oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının

qiyabi doktorantı

[email protected]

UOT 349.2

ƏMƏK HÜQUQUNDA MÜDDƏTİN ANLAYIŞI VƏ TƏSNİFATI HAQQINDA

MƏSƏLƏYƏ DAİR

Əmək hüququnda müddət anlayışını izah etməzdən öncə “vaxt” və “müddət” anlayışlarını fərqləndirmək lazımdır. Vaxt – insan iradəsindən asılı olmayan, daima irəliyə hərəkət edən obyektiv bir hadisədir. Onun öz qanunauyğunluğu ilə belə axarını hər hansı bir insan iradəsi ilə dəyişmək və məhdudlaşdırmaq mümkün deyil [1, s. 919]. S.S.Allahverdiyev yazır: “Vaxt obyektiv kateqoriyadır. Belə ki, o, obyektiv olaraq mövcuddur. Vaxtın mövcud olması bizim süurumuzdan kənarda olub, ondan asılı deyildir. Buna görə də vaxt fasiləsiz xarakterə malikdir, onu ya dayandırmaq, ya kəsmək, ya da bərpa etmək olmaz” [4, s. 919]. Müddət-vaxtın bir hissəsi, onun anlarından, dövrlərindən ibarət olan bir kəsimdir. Bu anlar, dövrlər və digər vaxt kəsimləri isə bəzən insan iradəsi ilə müəyyən edildiyindən müddəti hüquqi faktın xüsusi növü adlandırmaq olar. Belə ki, vaxt kəsimləri bəzən insan iradəsindən asılı olmayaraq baş verir [3, s. 619].

Yüklə