Azərbaycan Respublikasında məhkəmə
sisteminin təşkili, hakimlərin və məhkəmələrin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin
dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam
məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz
səlahiyyətləri daxilində həll edən və məhkəmə
hakimiyyətinin özünüidarəetmə funksiyalarını
həyata keçirən orqan – Məhkəmə-Hüquq Şurasıdır. Bu orqanın fəaliyyəti “Məhkəmə-Hüquq
Şurası haqqında” Azərbaycan Respublikasının
28 dekabr 2004-cü il tarixli (818-IIQ nömrəli)
Qanunu ilə tənzimlənir.