Azərbaycan Respublikasının qanunvericiliyi baxımından hakimin vəzifədən 
kənarlaşdırılması hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi əsası kimi təsbit 
olunmuşdur. Belə ki, “Məhkəmələr və hakimlər 
haqqında” Azərbaycan Respublikasının 10 iyun 
1997-ci il tarixli 310-IQ nömrəli Qanununun
101-ci maddəsinə müvafiq olaraq qeyd olunmuşdur ki, “cinayət təqibini istisna edən digər 
hallarda, habelə barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin 
tətbiqinə dair məhkəmə qərarı qanuni qüvvəyə 
mindiyi halda hakim vəzifəsindən kənarlaşdırılır. 
Hakimin vəzifəsindən kənarlaşdırılması Azərbaycan Respublikası Konstitusiyasının 128-ci 
maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir” [6]