Hər bir hakimiyyətinin fəaliyyət qabiliyyəti onun legitimliyindən çox asılıdır.
“Legitim” latın sözüdür və dilimizə “qanuni”
kimi tərcümə olunur. Bu, siyasi hakimiyyətin
səmərəlilik göstəricilərindən biridir. Legitimlik
təkcə hakimiyyət məsələsinə deyil, digər məsələlərə (məsələn, keçirilmiş referendum, seçkilərin legitimliyi və s.) da şamil olunur. Bu məsələlər içərisində məhz hakimiyyətin legitimliyi
öncül yerlərdən birini tutur. Bu da təsadüfi deyil, çünki dövlətdə və cəmiyyətdə bütün köklü
problemlərin həlli fövqündə məhz dövlət hakimiyyəti (o cümlədən siyasi hakimiyyət) durur.
Səciyyəvi haldır ki, vətəndaş cəmiyyətində
fərdlərin hakimiyyətə münasibətində (ona etibarda, inamda, onun nüfuzuna hörmətdə və s.)
əks olunur.