Vətəndaş cəmiyyətinin iqtisadi əsasını
xüsusi mülkiyyət təşkil edir. Tarixi təcrübə təsdiq edir ki, məhz mülkiyyət və onun müxtəlif formaları vətəndaş cəmiyyətinin varlığına həyat, can vermişdir. Xüsusi mülkiyyət vətəndaş cəmiyyətində tam iqtisadi müstəqilliyin, habelə cəmiyyət üzvü olan fərdin mövcudluğunun ilkin şərtdir. Sual oluna bilər: məgər xüsusi mülkiyyət olmasaydı, vətəndaş cəmiyyəti bərqərar olmayacaqdı? Cavab birmənalıdır: xeyr. Xüsusi mülkiyyət vətəndaş cəmiyyəti üçün ilkin
hüceyrədir. Məhz xüsusi mülkiyyət sayəsində
formalaşan vətəndaş cəmiyyəti tam iqtisadi
müstəqillik əldə etməklə özünün güclü sərbəst
bazar iqtisadiyyatını yaradır. Bu, eyni zamanda
da cəmiyyət üzvü olan ayrı-ayrı fərdlərin qazandıqları uğurlu iqtisadi nailiyyətdir. Elə onun da
nəticəsində özünü iqtisadi və hüquqi cəhətdən tam sərbəst, azad hiss edən fərd eyni zamanda
da siyasi və hüquqi azadlıqlar üçün zəmin əldə etmiş olur. Belə ki, iqtisadi sərbəstlik və fəallıq tədricən özünü siyasi-hüquqi sahədə də büruzə verir.Təcrübə göstərir ki, vətəndaş cəmiyyətində fərdin tam iqtisadi sərbəstliyini və fəallığını, bunun məna və mahiyyətini müəyyənləşdirmək üçün ilk növbədə hüquqi dövlətdə mövcud
olan iqtisadi münasibətlərin vəziyyətini aydınlaşdırmaq lazımdır. Nəzərə almaq lazımdır ki,
iqtisadi münasibətlər iqtisadi sistemin ən ilkin göstəricisidir. İqtisadi sistem adlandırıla
bilən ictimai-iqtisadi münasibətlər sistemi – bu,
mülkiyyət, istehsal, mübadilə, bölgü, maddi və mənəvi dəyərlərin istehlakı münasibətləridir. Həmin münasibətlər hər bir fərdi bütün varlığı ərzində izləyir, onun həyat və yaşayışının mahiyyətini təşkil edir. Ona görə də vətəndaş cəmiyyətində hər bir fərddən yüksək fəallıq tələb olunur. Belə fəallığı isə vətəndaş cəmiyyətinin onun üçün yaratdığı əlverişli iqtisadi mühit və
təmin olunmuş sərbəstlik şərtləndirir. Vətəndaş
cəmiyyətində fərdin iqtisadi sərbəstliyi və fəallığı cəmiyyətin iqtisadi sistemi çərçivəsində və iqtisadi münasibətlərin əhatəsində cərəyan edir