Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının II kurs magistrantı
E-mail: [email protected]
UOT 343.985
ƏHALİNİ DEPORTASİYA ETMƏ VƏ YA MƏCBURİ KÖÇÜRMƏ
CİNAYƏTİNİN BEYNƏLXALQ CİNA YƏTLƏR SİSTEMİNDƏ YERİ
Deportasiya və məcburi köçürmə beynəlxalq hüquqda insan hüquqlarının kobud şəkildə pozulması kimi qəbul olunan, həmçinin müəyyən hallarda insanlığa qarşı cinayətlər kateqoriyasına daxil edilən əməllərdir. Bu cür zorakı əhali hərəkətləri sadəcə fərdlərin fiziki yerinin dəyişdirilməsi ilə məhdudlaşmır, əksinə, onların mədəni kimliyinə, ictimai quruluşuna və həyat tərzinə qarşı yönəlmiş sistemli hücumlar şəklində meydana çıxır. Müasir beynəlxalq hüququn prinsiplərinə əsasən, geniş və ya sistemli xarakter daşıyan deportasiya aktları, xüsusilə də müəyyən əhali qrupuna qarşı etnik, dini və ya siyasi mənsubiyyət əsasında həyata keçirilirsə, Roma Statutunun 7-ci maddəsinə uyğun olaraq insanlığa qarşı cinayət hesab edilir.