Babayeva Nərmin Sahib qızı

Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının II kurs magistrantı

E-mail: [email protected]

UOT 343.264

AZƏRBAYCANLILARA QARŞI TÖRƏDİLƏN DEPORTASİYA ƏMƏLLƏRİ

İLƏ CİNAYƏT-HÜQUQİ MÜBARİZƏNİN PROBLEM MƏSƏLƏLƏRİ

Azərbaycan xalqı XX əsrdə öz tarixi torpaqlarında bir neçə dəfə kütləvi zorakı deportasiyaya məruz qalmışdır. Tarixi mənbələr və arxiv sənədləri göstərir ki, bu deportasiya dalğaları məqsədyönlü şəkildə həyata keçirilmiş, nəticədə minlərlə Azərbaycan türkü ata-baba yurdunu tərk etmək məcburiyyətində qalmışdır. İlk belə faciəli hadisələr 1905–1906-cı illərdə baş vermiş, daha sonra 1918–1920-ci illərdə erməni silahlı dəstələrinin və dağılmaqda olan Çar Rusiyası qoşunlarının azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğınlar zamanı yüz minlərlə insan öldürülmüş, yaralanmış və didərgin salınmışdır.

Yüklə