1992-ci ildən beynəlxalq əhəmiyyət daşıma-
ğa başlayan Azərbaycan-Ermənistan Qarabağ münaqişəsi artıq beynəlxalq müzakirələrin 
obyektinə çevrilməkdə idi. Həmin tarixi dövrdə 
müstəqilliyini yeni bərpa etmiş və işğala məruz 
qalan Azərbaycanın üzərinə böyük yük düşürdü. Çünki xarici ölkələrdəki erməni lobbisinin 
əməyi hesabına geniş şəkildə təbliğat kampaniyası aparan ermənilər beynəlxalq ictimaiyyətdə 
Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv 
təsəvvür formalaşdırmaqla öz istəklərinə nail ola 
bilmişdilər.