Tarixi reallıq göstərir ki, beynəlxalq hüquqdan irəli gələn bəzi prinsiplərin məzmununun müəyyən olunmasındakı ziddiyyətlər 
praktikada bir çox problemlərə yol açmaqla 
həmin prinsipləri bəzi qüvvələrin strateji maraqlarının realizəsi vasitəsinə çevirmişdir. Həmin 
qüvvələr siyasi maraqlarını reallaşdırarkən öz 
mövqelərini beynəlxalq hüquq normaları ilə 
əsaslandırmağa çalışır ki, bunun da nəticəsində 
müvafiq beynəlxalq hüquq normaları subyektiv 
şərhə məruz qalır. Həmin beynəlxalq hüquq normalarından biri də “xalqların bərabərliyi və öz 
müqəddəratını təyinetmə” prinsipini müəyyən edən normadır. Belə ki, müstəmləkə və işğal-
çı hakimiyyətin haqsızlıqlarına son qoymaq 
məqsədilə yaranan “xalqların bərabərliyi və 
öz müqəddəratını təyinetmə” prinsipi müasir 
mərhələdə dövlətlərin ərazi bütövlüyünün pozulması ilə nəticələnən işğalçılıq siyasətinin 
pərdələnməsinə və separatizmə yol açan əsas 
vasitəyə çevrilmişdir.