Bağırova Səadət Alim qızı-TERRORİZMƏ QARŞI MÜBARİZƏNİN BEYNƏLXALQ HÜQUQİ TƏNZİMLƏNMƏSİ

Terrorizm beynəlxalq sülh və təhlükəsiz­liyə çox ciddi təhdidlər yaradır. Bu gün
onun cinayət-hüquqi aspektlərini elmi müstəvidə tədqiq etmək və ona qarşı səmərəli mübarizə strategiyasını hazırlamaq olduqca vacibdir. Terrorizmlə mübarizə həm milli, həm də beynəlxalq səviyyədə davamlı əməkdaşlıq və hüquqi

tədbirlər tələb etdiyinə görə aktualdır. Bu baxımdan, insanlığa qarşı cinayət hesab edilən terrorizmlə mübarizə siyasətinin formalaşdırılması
və həyata keçirilməsi vacib məsələlərdəndir. Bu kontekstdə terror cinayətinin anlayışının dəqiq tərifinin verilməməsi mühüm problem kimi qarşıya çıxır. Həm sərhədləri daxilində terrorizmlə mübarizə aparan ölkələr, həm də dolayı yolla terrorun təsirinə məruz qalan və ya qlobal terror təhlükəsi ilə üzləşən dövlətlər bu məsələyə müxtəlif yanaşmalar sərgiləyirlər. Xüsusilə tətbiq edilən mübarizə strategiyalarında hansı hərəkətin terror aktı hesab olunacağı və bunun hansı şərtlər altında müəyyən ediləcəyi məsələsi beynəlxalq müzakirələrin əsas mövzularından biridir [6, s. 2].