Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO
kafedrasının “İnformasiya hüququ” ixtisası üzrə magistrantı
E-mail: [email protected]
UOT 340.62:347.133.72
MƏİŞƏT ZORAKILIĞININ FORMALARI:
MÜQAYİSƏLİ TƏHLİL
Zorakılıq hər bir cəmiyyətdə, hər dövrdə, insan həyatının hər sahəsində mövcud olan və getdikcə artan ictimai sağlamlıq problemidir. Həmçinin, zorakılıq kompleks bir problemdir və anlayışı da olduqca genişdir. Məsələn, zorakılıq fiziki və ya mənəvi ağrı və zərərə səbəb olan aqressiv davranışdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) zorakılığa «ölüm, psixoloji ziyan və ya məhrum etmə ilə nəticələnən (yaxud son dərəcə yüksək ehtimalın olması) özünə, başqa bir şəxsə, bir qrupa və ya cəmiyyətə qarşı təhdidin və ya faktiki olaraq fiziki qüvvənin və ya gücün qəsdən istifadəsi» kimi tərif verir [15, s. 4].