Bayramlı Möhtəbər Arif qızı

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistrantı

E-mail: [email protected]

UOT 341.4

BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİ VƏ TƏTBİQ OLUNAN HÜQUQ

Bəşəriyyətin tarixi inkişaf mərhələləri təhlil edildikdə, Yer kürəsinin insanlar arasında baş verən silahlı münaqişələrə və düşmənçilik xarakterli münasibətlərə davamlı şəkildə şahidlik etdiyi müşahidə olunur. Digər canlı növləri ilə müqayisədə, insanın öz növünə qarşı sistemli və genişmiqyaslı zorakılıq tətbiq etməsi sosial-fəlsəfi və hüquqi müzakirələrin əsas mövzularından biri olmuşdur. Bu kontekstdə bir sıra mütəfəkkirlər insan davranışlarının mahiyyətində destruktiv meyllərin üstünlük təşkil etdiyini irəli sürmüşlər.

XIX əsrdə formalaşan və sosial-siyasi düşüncədə mühüm yer tutan təkamül yanaşması cəmiyyətlərin dəyişməsini və inkişafını obyektiv və qaçılmaz proses kimi xarakterizə edirdi. Sözügedən yanaşmaya əsasən, sosial dəyişikliklər mütərəqqi xarakter daşıyır və cəmiyyətin daha yüksək inkişaf mərhələsinə keçidini təmin edir. Lakin XX əsrdə baş vermiş dünya müharibələri, silahlı münaqişələr, kütləvi zorakılıq aktları və bəşəriyyətə qarşı cinayətlərin miqyas və intensivliyinin artması bu nəzəri yanaşmanın praktik reallıqlar fonunda yetərsizliyini üzə çıxarmışdır.

Yüklə