Bəşirli Orxan Hafiz oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ

kafedrasının doktorantı, Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və

ekspertiza şöbəsinin təlimçi-eksperti

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 125, AZ 1073

E-mail: [email protected]

UOT 341.96

BEYNƏLXALQ ARBİTRAJ AZƏRBAYCAN RESPUBLİKASI VƏ XARİCİ

İNVESTORLAR ARASINDA İNVESTİSİYA FƏALİYYƏTİ İLƏ ƏLAQƏDAR

MÜBAHİSƏLƏRİN HƏLLİ ÜSULU KİMİ

Xarici investisiyaların hər bir ölkənin iqtisadiyyatına və biznes mühitinə verdiyi töhfələr mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda da xarici investisiyaların ölkə iqtisadiyyatındakı, xüsusən neft-qaz sektoru və iqtisadiyyatın şaxələndirilməsindəki mühüm rolu danılmazdır. Bu baxımdan, xarici investisiyaların ölkəyə cəlb edilməsi üçün əlverişli hüquqi və iqtisadi mühitin mövcud olmasının zəruriliyini nəzərə alsaq, dövlət və xarici investorlar arasında neytral, məcburi və səmərəli mübahisə həlli üsuluna ehtiyac vardır. Xarici investisiyanın inkişaf etdirilməsi və ölkəyə xarici investorların cəlb edilməsi üçün ölkədə siyasi və iqtisadi sabitliyin, o cümlədən hüquqi baxımdan münbit şəraitin mövcud olması zəruridir [5]. Bu baxımdan, son illərdə ölkədə mövcud olan siyasi sabitlik, iqtisadi inkişaf tendensiyaları və həyata keçirilən hüquqi yeniliklər dövlət siyasətinin bir hissəsi kimi ölkə iqtisadiyyatına daha çox xarici investisiya cəlb edilməsinə yönəlmişdir.

Yüklə