Cahangirli Səbinə Bəgəmir qızı

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnformasiya hüququ” ixtisası üzrə

2-ci kurs magistrantı

E-mail: [email protected]

UOT 34:002(075.8)

ŞƏBƏKƏ NEYTRALLIĞI: ANLAYIŞI,

TARİXİ İNKİŞAFI VƏ MƏQSƏDLƏRİ

Şəbəkə neytrallığı dedikdə, giriş üçün istifadə edilən cihazdan, tətbiqdən, vebsaytdan və əldə edilən məzmundan asılı olmayaraq, hər kəs üçün əlçatan, açıq və bərabər şəkildə internetə giriş imkanı nəzərdə tutulur [10].

Şəbəkə neytrallığının tərəfdarları hesab edirlər ki, bütün korporasiyalar və internet xidmət təminatçıları internet istifadəçilərinə bərabər yanaşmalıdırlar. Bərabər yanaşma dedikdə, internet istifadəçilərinin girişinə məhdudiyyətlərin qoyulmaması, internetə giriş sürətinin azaldılmaması, həmçinin internetdə mövcud olan məzmunların istifadəçilər üçün bloklanmaması nəzərdə tutulur [8].

Şəbəkə neytrallığı anlayışını daha aydın şəkildə anlamaq üçün açıq və qapalı internet anlayışlarını da gözdən keçirmək labüddür.

Yüklə