Uşaqlar doğulduğu andan hüquq və azadlıqlara malikdirlər. Belə ki, uşaq hüquqları dövlətlər tərəfindən tanınan və qorunan 
hüquqdur. Birləşmiş Millətlər Təşkilatının 20 
noyabr 1989-cu ildə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyaya görə, hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın 
məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin 
uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın.