İ
lk dövlətlərin yarandıqları qədim dövrlərdən müasir dövrə qədər dövlətlərin inkişaf xüsusiyyətlərinə
baxdıqda ali məqsəd, fəaliyyətin əsas istiqamətlərində
əsaslı dəyişikliklərin baş verdiyini və müasir dövlətlərin insanların həyatı, sosial rifahı məsələlərini prioritet götürdüyünü müşahidə etmək mümkündür.
Müasir dövlətlər yalnız idarəetmə formaları ilə deyil,
məzmunundakı sosial xüsusiyyətləri ilə də qiymətləndirilir. İstər hüquqi, istər iqtisadi meyarlar baxımından yanaşdıqda sosial dövlət xüsusi diqqət tələb edən və təqdirolunan model kimi qəbul edilmişdir.Müasir dünyanın hüquq və dövlət anlayışı insanın ali
dəyər olaraq qəbulu üzərində formalaşmışdır. Əsas insan
və vətəndaş hüquqları və azadlıqları, dövlətlərin insan yönümlü vəzifələri və məqsədləri müasir hüquqi dövlətlərin fundamental tələblərindən biri olaraq müəyyən edilmişdir. Sosial funksiyası prioritet olan dövlətlər digər dövlətlərdən bir sıra xüsusiyyətlərinə görə əsaslı fərqlənir ki, bu fərqlər həm vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, həm sosial-iqtisadi proseslər, həm də qüvvədə olan normaların təsir imkanları və realizə dinamikasında müşahidə olunur. Belə dövlətlər hüquq nəzəriyyəsində “sosial dövlət” və ya “rifah dövləti” (“welfare state”) kimi terminlərlə ifadə olunaraq məzmun və xüsusiyyətlər baxımından eyni və ya çox oxşar məsələləri əhatə edir.
Nəzəriyyəyə görə rifah dövləti (sosial dövlət) elə bir
hökumət konsepsiyasıdır ki, dövlət və ya yaxşı qurulmuş
sosial institutlar şəbəkəsi vətəndaşların iqtisadi və sosial
rifahının qorunmasında və təşviqində əsas rol oynayır [4]. Sosial dövlət elə bir dövlətdir ki, onun siyasəti hər bir vətəndaşın layiqli keyfiyyət və həyat səviyyəsinə nail olmaq, sosial fərqləri neytrallaşdırmaq və ya kəskin fərqlərə yol verməmək üçün sosial ədalət prinsiplərinə uyğun olaraq maddi nemətlərin, gəlirlərin və sərvətin yenidən bölüşdürülməsinə yönəlmiş dövlət modelidir və ehtiyacı olanlara kömək edir. Tarixilik baxımından “rifah dövləti” anlayışı digər
anlayışlarla müqayisədə yeni sayılan anlayışlardan biridir
İlk dəfə 1945-ci ildə Böyük Britaniyada Leyboristlərin baxışlarının təsviri üçün istifadə edilmişdisə, sonradan bu ifadə İngiltərədən dünyaya yayılmışdı. Anlayışın yeni yayıldığı ilk dövrlərdə “rifah dövləti” terminini daha çox siyasətçilər və jurnalistlər sosial təbəqələr və inkişafın müxtəlif mərhələlərinə aid məsələlərin təhlili üçün istifadə
edirdilər. Lakin sonradan bu termin tarixçilər və hüquqşünaslar tərəfindən istifadə edilməyə başladı və məzmunu həm sosial, həm də iqtisadi məsələləri geniş şəkildə əhatə etməyə başladı [6].