Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi
və tarixi kafedrasının “Dövlət və hüquq nəzəriyyəsi və tarixi ixtisası” üzrə magistrantı
E-mail: [email protected]
UOT 340
HÜQUQ POZUNTUSUNUN
ANLAYIŞI VƏ NÖVLƏRİ
Hüquq nöqteyi-nəzərindən davranışın iki növü – hüquqauyğun və hüquqazidd davranış fərqləndirilir. Hüquqauyğun və hüquqazidd davranışın sərhədi hər bir ölkənin hüquqi sivilizasiyasının səviyyəsindən asılıdır. Davranışı hüquqi cəhətdən qiymətləndirmək üçün ilk növbədə həmin davranışın hüquq normasında necə təsbit olunmasını müəyyən etmək lazımdır.
Bu cür norma insanlara davranışın bütün xarakterik cəhətlərini izah edərək ziyanlı və təhlükəli davranış haqqında ilkin anlayışın yaranmasına köməklik edir [15, s. 2]. Hüquq pozuntusunun mahiyyətini aydınlaşdırmaq üçün ilk növbədə onun xarakterik cəhətlərinin müəyyənləşdirilməsi vacibdir. Belə ki, istənilən növ hüquq pozuntusu üçün ən başlıca əlamətlər qismində aşağıdakıları qeyd etmək olar [10, s. 389]: