Cəbiyeva Aygün Ələkbər qızı-İSLAMDA MÜHAKİMƏNİN ƏSAS MÜDDƏALARI ASPEKTİNDƏN CİNAYƏT PROSESİNDƏ HƏQİQƏTİN MÜƏYYƏN OLUNMASI MƏSƏLƏSİNİN QOYULUŞU

Cinayət prosesində həqiqətin anlayışı və

müəyyən edilməsi ilə bağlı fikirlər bir
nöqtədə düyünlənir. Burada həqiqət anlayışı
müxtəlif aspektlərdən yanaşmalar nəticəsində
mütləq həqiqət, obyektiv həqiqət, formal həqiqət
və digər anlayışlarda təzahür edilir və müəlliflərin
fikirlərində bu yanaşmalardan birinin digərinə
münasibətdə tərcih edilməsi nəticəsində bu anlayışlar bir-biri ilə münaqişəyə girir. Beləliklə,
hüquq ədəbiyyatında cinayət prosesinin həqiqəti
aşkar etməsi ilə bağlı ikiqütblü yanaşmalar meydana çıxır. Bir qütbdə həqiqətin tam dəqiqliklə
müəyyən edilə biləcəyi dəstəklənərkən, digər
qütbdə həqiqət insan tərəfindən müəyyən edilə
bilinməyəcək bir məfhum kimi nəzərdən keçirilir.