Müstəqil Dövlətlər Birliyi (MDB) 1991-
ci ildə Sovet Sosialist Respublikalar İttifaqının dağılmasından sonra yaradılmış 
və postsovet dövlətlərin əksəriyyətini özündə 
birləşdirən regional təşkilatdır. MDB-nin əsas 
məqsədi üzv dövlətlər arasında iqtisadi, siyasi və 
mədəni əməkdaşlığı təşviq etməkdir. MDB-nin 
iqtisadi inteqrasiyaya nail olmaq və iqtisadi artımı stimullaşdırmaq üçün tətbiq etdiyi mühüm 
strategiyalardan biri azad ticarət zonasının yaradılması olmuşdur.