Cəfərov Qəhrəman Vaqif oğlu-MƏHKƏMƏ HÖKMLƏRİNİN (DİGƏR YEKUN QƏRARLARININ) MÜBAHİSƏLƏNDİRİLMƏSİ DİSPOZİTİV HÜQUQ KİMİ

Cinayət mühakimə icraatının iştirakçılarının öz funksiyalarını realizə edə bilmələri üçün qanunvericiliklə onlara bir sıra

prosessual hüquqlar verilir. Dövlət orqanlarının
vəzifəli şəxsləri olan proses iştirakçıları (təhqiqatçı, müstəntiq, prokuror) və hakimlər onlara qanunla verilmiş bəzi hüquqlardan öz mülahizələrinə görə, bəzi hüquqlardan isə öz vəzifə
səlahiyyətlərindən irəli gələn öhdəliklərin yerinə
yetirilə bilməsi üçün istifadə edirlər. Cinayət
prosesinin dövlət orqanı (vəzifəli şəxs) olmayan subyektlərinin isə öz prosessual hüquqlarından istifadə imkanları, bir qayda olaraq,
onların iradə muxtariyyəti ilə bağlıdır