Ümumi hüquq sahəsinə aid müəyyən 
bir məsələnin tənzimləyicisi kimi inzibati aktların sferası kifayət qədər genişdir. İnzibati aktların effektiv işləməsi üçün onların icra 
mexanizmlərinin olması da əsas şərtlərdən biridir. Başqa sözlə desək, inzibati aktların icra 
edilməsi həmin aktların insan və vətəndaşların 
hüquq və azadlıqlarının həyata keçirilməsinin 
təmin edilməsində və eyni zamanda inzibati orqanların öz vəzifə və funksiyalarını icra etməsində əsas vasitədir. 
İnzibati hüquqi aktların icra mexanizmləri 
əsas etibarilə İnzibati Prosessual Məcəllə və 
“İnzibati icraat haqqında” AR Qanunu ilə 
tənzimlənir. Buradan məlum olur ki, inzibati hüquq üzrə şəxslərin öz hüquqlarını realizə 
etməsində iki istiqamət mövcuddur.