İ
nzibati hüququn əsas prinsiplərindən biri 
olan qanunçuluq prinsipi hüquqi müəyyənliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını təmin 
edir. İnzibati hüquqda qanunçuluq prinsipinin 
tətbiq edilməsinin məqsədi ondan ibarətdir ki, 
son nəticədə yekun inzibati akt müvafiq normativ 
hüquqi aktlarla uyğunluq təşkil etsin. “İnzibati 
icraat haqqında” Qanunun 58.1-ci maddəsində də 
nəzərdə tutulmuşdur ki, inzibati akt Azərbaycan 
Respublikasının Konstitusiyasına, bu Qanuna və 
digər əlaqədar hüquq normalarına uyğun qəbul 
edilməlidir. Eyni zamanda qeyd etmək lazımdır 
ki, inzibati hüququn təməl prinsiplərindən biri 
həm də etimadın qorunması prinsipidir.