Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Vergi hüququ” ixtisaslaşması üzrə magistrantı
E-mail: [email protected]
UOT 336.225.66
SƏNAYE VƏ TEXNOLOGİYALAR PARKLARINA
TƏTBİQ EDİLƏN VERGİ GÜZƏŞTLƏRİ
Günümüzdə vergi hüququ ən önəmli hüquq sahələrindən biridir. Belə ki, vergilər, gəlir əldə edən hər bir fiziki və hüquqi şəxsi yaxından maraqlandıran mövzudur. Hər hansı bir dövlətin rezidenti olan şəxs həm ölkə daxilində, həm də ölkədən kənarda əldə etdiyi bütün gəlirlərindən qanunla nəzərdə tutulmuş qaydada və həcmdə vergilərini ödəməyə borcludur [1, m. 73]. Vergi öhdəliyi bir növ məcburi xarakter daşıyır. Lakin dövlət tərəfindən müəyyən iqtisadi, sosial və siyasi məqsədlərə nail olmaq üçün bir sıra vergi öhdəliklərinin yüngülləşdirilməsinə yönələn tədbirlər həyata keçirilir ki, onlardan ən başlıcası vergi güzəştləri və azadolmalarıdır.