Dadaşov Emin Teyyub oğlu-UKRAYNADA VƏ MOLDOVA RESPUBLİKASINDA DAŞINMAZ ƏMLAKIN HÜQUQİ REJİMİ

Hüquq öyrənmək üçün hədsiz mürəkkəb

bir obyektdir və ona nüfuz etməkdən
ötrü çox ağır zəhmət illəri tələb olunur. Tomas
Hobbsun “fəlsəfə və əxlaqı onların verdiyi bilik
faydasına görə deyil, onları bilməməyin vurduğu
ziyana görə qiymətləndirmək lazımdır” deyimini
tamamilə hüquqa da aid etmək olar. Yalnız belə
yanaşma ilə dövrümüzün əsas hüquq sistemləri
haqqında əsaslandırılmış nəticələrə gəlmək olar.
Bu gün iki yüzə yaxın milli hüquq sistemi
mövcuddur. Həmin hüquq sistemlərinin müxtəlifliyi onların müqayisəli tədqiqatından əvvəl
onların təsnifatının aparılması zərurətini doğurur
[9, s. 10].
Fransız alimi Rene David qeyd edir ki, müasir dünya xalqlarının qarşılıqlı əlaqələri insanlığı
birləşdirən həmrəyliklə səciyyə olunur. Dünya
vahidləşmişdir. Biz digər dövlətlərdə, Yer kürəsinin başqa hissələrində yaşayan insanlardan
uzaq ola bilmərik.