Dadaşov Emin Teyyub oğlu-YAŞAYIŞ SAHƏSİ DAŞINMAZ ƏMLAKIN OBYEKTİ KİMİ

Azərbaycan Respublikasının qanunveri­ciliyində yaşayış sahəsinin anlayışı ilk

dəfə 30 iyun 2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən yaşayış sahəsi dedikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi
yaşaması üçün yararlı olan (müəyyən edilmiş
sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca
sahə başa düşülür [1].
Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər Mənzil
Məcəlləsinə və digər qanunvericilik aktlarına
uyğun olaraq müəyyən edilir.
Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab
edilə bilər.