Davudov Davud Rasim oğlu-AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASININ 13-CÜ MADDƏSİNİN (MÜLKİYYƏT) DOKTRİNAL TƏFSİRİ

Azərbaycan Respublikasının 12 noyabr
1995-ci il tarixli Konstitusiyası (bundan sonra – Konstitusiya) Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiya birbaşa hüquqi qüvvəyə malik olub, Azərbaycan Respublikasının qanunvericilik sis­teminin əsasını təşkil edir. Bu səbəblərdən, istənilən hüquq institutunun milli qanunvericilikdə təsbit və tənzim edilməsinin xüsusiyyətləri araşdırılarkən, ilk növbədə, həmin institutun konstitusion-hüquqi əsasları öyrənilməli və onun

Konstitusiyada necə təsbit edilmiş olduğu araşdırılmalıdır. Hüquqi tədqiqatlar zamanı Konstitusiyaya üç
mənada – hüquqi sənəd, siyasi sənəd və ideoloji sənəd kimi baxmaq mümkündür. Hüquqi sənəd
kimi Konstitusiya ali hüquqi qüvvəyə malik olan,
xüsusi qaydada qəbul edilən və dəyişdirilən,
ölkənin sosial-iqtisadi quruluşunun, siyasi sisteminin və s. əsaslarını, şəxsiyyətin hüquqi statusunu müəyyən edən bir sənəddir. Siyasi sənəd kimi,
Konstitusiya cəmiyyətdə siyasi qüvvələrin birbirinə münasibətini ifadə edən və siyasi prosesləri nizama salan bir sənəddir. Azərbaycan Respublikasının ideoloji sənəd mənasında Konstitusiyası dedikdə, plüralizm ideologiyasını tanıyan sənəd
başa düşülür və ideoloji sənəd kimi bizim Konstitusiyamız hər hansı rəsmi, dövlət ideologiyası-
nı, sosial-siyasi doktrinanı qəbul etmir [1, s. 13].
Konstitusiya özü hüquqi tədqiqatın predmeti
kimi çıxış edərkən o (onun ayrı-ayrı müddəaları),
müxtəlif elmi araşdırma metodlarından istifadə
edilməklə öyrənilə bilər. Cari məqalədə biz,
hüququn doktrinal təfsirinə bir tədqiqat metodu kimi yanaşmışıq və mülkiyyət institutunun konstitusion-hüquqi statusuna məhz bu metod
əsasında aydınlıq gətirməyə cəhd göstərmişik.
Bununla əlaqədar olaraq, cari məqalədə Konstitusiyanın 13-cü maddəsinin (Mülkiyyət) doktrinal qaydada təfsir edilməsi qarşıya bir vəzifə kimi qoyulmuşdur