Oxucuların diqqətinə daha əvvəllər təqdim etdiyimiz “Avropa İttifaqı ölkələrinin konstitusiyalarında mülkiyyət hüququ
məsələləri” və “Müqayisəli kontekstdə MDB
ölkələrinin konstitusiyalarında mülkiyyət hüququnun təsbit və təmin edilməsi xüsusiyyətləri” adlı məqalələrimizdə qeyd etdiyimiz
kimi, müqayisəli hüquqi tədqiqat metodu mü-
asir hüquq elminin əsas metodlarından biridir.
Digər elm sahələrindən fərqli olaraq, hüquqşü-
naslıqda müqayisə metodu təcrübəsi öyrənilən
dövlətlərdən birinin digərindən üstünlüyünü
müəyyən etmək məqsədilə yox, oxşar və fərqli
cəhətlərin müəyyən edilməsi məqsədilə tətbiq
edilir.