Ölkəmizin Əsas Qanununda toxunulmazlıq kateqoriyasından əraziyə (11-ci maddənin I hissəsi), mülkiyyətə (13-cü maddənin I
hissəsi), hər kəsin hüquq və azadlıqlarına (24-cü
maddənin II hissəsi), yaşamaq hüququna (27-ci
maddənin II hissəsi), şəxsi toxunulmazlığa (32-
ci maddənin I hissəsi), mənzilə (33-cü maddənin
I hissəsi), Milli Məclisin deputatına (90-cı
maddənin I və II hissələri), Prezidentə (106-cı
maddə), vitse-prezidentlərə (106 1-ci maddənin
I və IV hissələri), Baş nazirə (123-cü maddənin I
və IV hissələri) və hakimlərə (128-ci maddənin I
hissəsi) münasibətdə istifadə edilmişdir.
Sadalanan maddələri ümumiləşdirsək, belə
nəticə çıxarmaq olar ki, Əsas Qanunda toxunulmazlıq kateqoriyasından üç fərqli kontekstdə
istifadə olunmuşdur: